- 21:09
Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk.
E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.
Planımızın 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 qiqavat əldə etmək olduğunu söyləyən və bunun təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslandığını diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, bunun üçün çoxlu sahə işləri aparılmalıdır.