Ceyhun Bayramov: İordaniya-Azərbaycan münasibətlərinin inkişafında ölkə liderlərinin rolu böyükdür


  • 13:38

İordaniya ilə Azərbaycan arasında uzun illərdir davam edən münasibətlərin inkişafında ölkə liderlərinin rolu böyükdür.

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında söyləyib.

Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirildiyini diqqətə çatdıran nazirin sözlərinə görə, həmkarı ilə görüşdə qarşılıqlı ikitərəfli münasibətlərə dair məmnunluq ifadə olunub.

Oxşar xəbərlər