- 15:47
ABŞ-nin Texas ştatında 37 yaşlı bərbər "Bank of America" bankomatının üzərində içərisində 128 514 dollar olan çanta tapıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bərbər çantadakı pula toxunmadan polisə zəng edib. Hadisə yerinə gələn polis pulu iki dəfə əl ilə, daha sonra isə xüsusi sayma cihazı ilə yoxlayıb və məbləğin tam olduğunu müəyyənləşdirib.
Araşdırma zamanı pulun "Bank of America"ya aid olduğu, bankomatlara nağd pul daşıyan "Brinks" şirkətinin əməkdaşı tərəfindən səhvən bankomatın üzərində unudulduğu məlum olub.
Polis bərbərin tapdığı pulu mənimsəməyərək dərhal aidiyyəti qurumlara məlumat verməsini nümunəvi davranış kimi qiymətləndirib.
Şəbnəm Mehdizadə