Çanaqqalada güclü yağışdan sonra küçələri su basıb - FOTO


  • 28 Sentyabr 15:37

Türkiyənin Çanaqqala vilayətində leysan yağışları nəticəsində küçələri su basıb.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, güclü yağışlar Lapseki rayonunda Kocabaş çayında suyunun səviyyəsinin qalxmasına səbəb olub. Çayın Mərmərə dənizinə töküldüyü bölgədə dəniz suyunun rəngi dəyişib.

Yollarda yaranan gölməçələr insanların hərəkətinə çətinlik yaradıb.

Lapseki Bələdiyyəsi yollarda yığılan suyun boşaldılması üçün işə başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər