ISW: "Ukrayna ordusu Zaporoje istiqamətində irəliləyib"


  • 29 Noyabr 2023 10:38

Ukrayna əsgərləri Zaporoje vilayətinin qərbində hücum əməliyyatlarını davam etdirərək irəliləyiblər.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Hesabatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna qoşunlarının Melitopol istiqamətində hücum əməliyyatlarını davam etdirdiyini bildirib. Amma hərbi müşahidəçi Konstantin Maşovets bildirib ki, son bir neçə gündə Ukrayna qoşunları Rabotinodan qərbdə Kopani istiqamətində (Rabotinodan 5 km şimal-qərb) qeyri-müəyyən uğura imza atıblar.

Rusiyalı hərbi blogerlər iddia edirlər ki, Ukrayna qüvvələri ağır texnika və zirehli texnikanın dəstəyi ilə Rabotinonun qərbində və Novoprokopovka yaxınlığında (Rabotinonun cənubu) uğursuz hücuma keçiblər. Rusiya qüvvələri Verbovoye yaxınlığında (Rabotinodan 9 km şərqdə) Ukraynanın zirehli hücumunu dəf edib.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Rusiya qüvvələri Novopokrovka yaxınlığında (Rabotinodan 9 km şimal-şərqdə) Ukraynanın hücumunu dəf edib.

Ukrayna Baş Qərargahı Rusiya qoşunlarının Rabotino və Novoprokopovka yaxınlığında uğursuz hücuma keçdiyini bildirib.

Rusiyalı hərbi bloger hava şəraitinin pisləşməsi səbəbindən hər iki tərəfin hava kəşfiyyatında çətinlik çəkdiyini iddia edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər