Novxanıda dənizdə batan şəxsin meyiti tapıldı


  • 21 İyul 2021 17:37

Abşeron rayonu Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazi) batan 2000-cü il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Z.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər