Bərdədə 13 yaşlı qız intihar etdi


  • 3 Mart 21:37

Bərdə rayonunda 13 yaşlı qız uşağı intihar edib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb. İlkin məlumata görə, 2011-ci il təvəllüdlü Cəfərli Fəxrəndə Tural qızının meyiti tövlədə asılmış vəziyyətdə tapılıb.

Hələlik intiharın səbəbləri bilinmir. 13 yaşlı qızın meyidi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər