Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb


  • 11 İyul 10:01

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Əmiraslanov Müseyib idarə etdiyi avtomobillə Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində hərəkətdə olarkən yolun hərəkət hissəsinə çıxan 2022-ci il təvəllüdlü Vəliyev Umudu vurub.

Yaralı aldığı xəsarətlər nəticəsində Şəmkir rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı Şəmkir RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər