Cinayətin törədilmə səbəbləri ilə bağlı yanaşmalar


  • 17 Noyabr 2022 09:00

Cinayət, onun törədilməsinin motivi, məqsədi və insanları cinayət törətməyə sövq edən məsələlər tarix boyu hüquq ilə bərabər digər sahələrin araşdırdığı mövzular olub.

Ədəbiyyatlara nəzər salsaq, "şəxslər niyə cinayət törədir?" sualına cavab tapmaq üçün araşdırmaların edildiyi və bununla bağlı müxtəlif nəzəriyyələrin olduğunu görə bilərik. Cinayətlərin törədilmə səbəblərinə dair klassik, pozitivist, biloloji və tənqidi yanaşma nəzəriyyələrini görə bilərik. Gəlin, cinayətin törədilməsi ilə bağlı irəli sürülmüş bu nəzəriyyələrə qısa nəzər yetirək.

1. Klassik nəzəriyyə

Cinayətlərin niyə törədilməsinə dair ilk yanaşma klassik nəzəriyyədir. Həmin nəzəriyyə tərəftarları cinayətlərə fövqəltəbii qüvvələrin "əməli" kimi baxırdılar. Orta əsrlərdə, müəlliflər, insanın qəlbinə şeytan girdiyi üçün cinayət törətməsi ilə bağlı fikirlər irəli sürürdülər. Bu dövrdə cinayət, ilahi əmr və göstərişlərin pozulması kimi şərh edilirdi.
Klassik nəzəriyyə cinayət, cəza, ədalət və qanunlar haqqında ilkin fikirlər irəli sürülərkən meydana çıxmışdı. Bununla belə həmin nəzəriyyə tərəftarları hesab edirdilər ki, insanlar iradə sərbəstliyinə malikdirlər və ö etdikləri hərəkətlər üçün məsuliyyət daşıyırlar. Nə qədər insanın qəlbin şeytan girsə də, insanlar ölərini idarə edə bilən və rasional canlı olduğu üçün cinayət törətməyə bilərlər. Buna görə də cinayətlərin əsas səbəbi insanların özləridir. Cinayəti törədən əsas amil şəxsin cinayət törətmək istəyidir. Buna görə də, cinayətlə mübarizə aparmağın əsas yolu cəzalar çıxış edirdi. Belə cəza kimi bəzən cismani cəzalar, "Talion Prinsipləri" çıxış edirdi.

2. Pozitivist nəzəriyyə

Sistemli təcrübə və müşahidəyə əsaslanan elm fəlsəfəsi olan pozitivizm nəzriyyəsinə görə cinayət təkrarlanan, ümumiləşdirilən əməl olmaqla onu şəxslərdən asılı olaraq kateqoriyalaşdırmaq mümkündür. Cinayəti şəxslərin iradə ifadəsindən asılı olmayan bioloji, psixoloji və sosioloji amillərdən asılı əməl hesab edən Pozitiv nəzəriyyənin tərəftarları klassik nəzəriyyə tərəftərlarından fərqli olaraq azad və rasional iradəni və rədd edirdiər. Bu nəzəriyyə tərəftarları tərəfindən çox sayda cinayət nəzəriyyələri işlənib hazırlanmışdır.

Lombroso, Garofalo və Ferrinin rəhbərlik etdiyi bu nəzəriyyə tərəftarları, sonralar "Çikaqo Məktəbi"də daxil olmaqla cinayətkarların davranışlarını araşdıran bir çox nəzəriyyələrə təsir göstərmişdi. Bu nəzəriyyənin kriminologiya elmində, həm də Cinayət hüququnda da böyük təsirli olmuşdur.

3. Bioloji nəzəriyyə

Bu nəzəriyyə tərəftarları cinayətkarların bioloji və genetik cəhətdən ümumi əhalidən aşağı olduğunu iddia edir. Onlar hesab edirlər ki, cinayətkarlar təkamülünü tamamlamamış insanlıqdan kənar, tənəzzülə uğramış fərdlərdir. Onlar iddia edirdilər ki, cinayətkarlar anadan doğulduqları andan genetik, fizioloji və struktur fərqliliklərinə görə cinayət törətməyə meylli olurlar. İlkin pozitivistlər, xüsusən də Lombroso cinayətkarın bioloji anormallıq, anadangəlmə degenerasiya və primitiv həyat sürən, vəhşi insanlar olduğunu iddia edirdilər. Bu insanların özlərindən əvvəlki ibtidai əcdadlarına bənzədiklərini düşündükləri üçün bu vəziyyəti atavizm də adlandırırdılar.

Cinayəti insan biologiyasına əsaslanaraq izah edən nəzəriyyələrdən sonra psixologiyaya əsaslanan nəzəriyyələr meydana gəlmişdi. Psixologiyaya əsaslanan nəzəriyyələri dörd əsas qrupa bölmək olar:

1) Psixoanaliz və cinayət
2) İnsan zəkası və cinayət
3) Ümumi şəxsiyyət xüsusiyyətləri və cinayət
4) Əxlaqi inkişaf və cinayət

4. Tənqidi nəzəriyyə

Tənqidi nəzəriyyəçilərin fikrinə görə, cinayətin səbəblərini izah etməyə çalışmaq absurd məsələdir. Belə ki, insanların niyə cinayət törətməsi sualını verməzdən əvvəl, cinayət kimi müəyyən edilən əməllərin cinayət məcəlləsinə necə daxil olduğunu aydınlaşdırmaq daha düzgün yanaşmadır. Belə ki, cəmiyyət tərəfindən cinayt hesab olunmayan, əksinə müsbət qiymətləndirilən bəzi əməllər də cinayət sayılır. Tənqidi nəzəriyyəçilər hesab edirlər ki, hakim siniflər cinayət mühakiməsi sistemindən istifadə etməklə istədikləri əməlləri cinayət əməli kimi sanksiyalaşdımaqla aşağı təbəqələri idarə etmək üçün bir vasitə kimi istifadə edirlər. Cinayət mühakiməsi sistemi, xüsusən də dövlət aparatının özü hakim təbəqələrin xidmətindədir.

Tənqidi nəzəriyyəçiləri ikinci sual kimi eyni cinayəti törədən hər kəsin eyni sanksiyalarla üzləşib-üzləşməməsinə cavab axtarırdıkar. Onlar bu suala cavab olaraq da hesab edirdilər ki, həm də qanunun icrasında hakimiyyət mühüm rol oynayır.

Bu nəzəriyyə tərəftarları üçün cəmiyyətin cinayətə reaksiyasına diqqət yetirmək məsələsi mühüm yer tuturlar. Onlar hesab edirdi ki, cinayət törədən şəxsə qarşı həddindən artıq rəğbət bəslənməsi onun tərəfindən sonradan başqa cinayətlərin də törədilməsinə səbəb olur. Ümumi götürüldükdə tənqidi nəzəriyyəçilər üçün cinayət mühakimə icratının, daha dəqiq desək cinayət törətmiş şəxslərin cəzalandırılmasının cinayətlərin qarşısının alınması və cinayətlə mübarizə sayəsində doğru addım olmadığı iddia edilirdi.

Tənqidi nəzəriyyənin başqa bir qolu kimi kriminologiyaya marksist yanaşma çıxış edir. Bu nəzəriyyə tərəftarları cinayətə verilən anlayışdan başlayaraq, bütün məsələlərin, o cümlədən cəza və ədalət anlayışının, qanunların hamıya eyni dərəcədə tətbiq edilmədiyini, siyasi-iqtisadi gücə malik olanların sistemi istədikləri kimi yönləndirdiyini tənqid edir və bunun təsadüfi ola bilməyəcəyini iddia edirdilər. Onlar iddia edirdilər ki, cəzaçəkmə müəssisələrini dolduran insanlar əslində cəmiyyətlərin ən zəif və imkansız təbəqələridirlər.

Anar Mövsümoğlu

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər