- 18 İyun 17:10
ƏDV ödəyicisi olan və olmayan şirkətlər arasında ƏDV əməliyyatları necə aparılır?
Vergilər Nazirliyindən e-huquq.az-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən, məhsulları təqdim edən şirkət məhsulların dəyərinə 18 faiz ƏDV hesablamaqla təqdim edir. Eyni zamanda, ƏDV ödəyiciləri olmayan alıcılara pərakəndə məhsul göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə elektron qaimə-faktura, yaxud qəbz və ya çek verilə bilər.