Mağazada müştərinin ehtiyatsızlıqdan ziyan vurduğu mala görə ödənişi kim etməlidir?

Nadir hallarda olsa da, müştəri mağazada bəzən bilmərəkdən hansısa mala ziyan vurur. Belə ki, istehlakçı ehtiyatsızlıq ucbatından müəyyən məhsulu əlindən salaraq sındıra, yaxud cıra bilər. Bu kimi hallarda dəymiş ziyanı kim ödəməlidir?

  • 4 Noyabr 2019 12:51

Məsələ ilə əlaqədar e-huquq.az-a açıqlama verən Vüsal Səfərov deyib ki, dəymiş ziyanı müştəri ödəməlidir. Onun sözlərinə görə, istehlakçının səhlənkarlığı ucbatından hansısa mala ziyan vurularsa, dəymiş ziyanı müştəri ödəməlidir.

Vəkil qeyd edib ki, müştəri dəymiş ziyana görə ödəniş etdiyinə görə ziyan vurduğu malı istifadə üçün özünə götürə bilər.

V. Səfərov diqqətə çatdırıb ki, istehlakçı dəymiş ziyanı ödəməkdən imtina edərsə, satıcı ondan məhkəmə vasitəsilə dəymiş ziyana görə pul tələb edə bilər: “Əgər müştəri ödənişi ödəməkdən imtina edib hadisə yerindən uzaqlaşarsa, ilk növbədə istehlakçının şəxsiyyəti müəyyənləşdirilməlidir. Bundan sonra mülki qaydada məhkəməyə müraciət edib dəymiş ziyanı ödəməyi tələb etmək mümkündür”.

Məftun Salmanov

Oxşar xəbərlər