Bəylər Məmişov: "Mediasiya təşkilatlarında monitorinqlər davam etdirilir"


  • 25 Dekabr 2021 10:30

Məlum olduğu kimi Mediasiya Şurası İdarə Heyətinin 21.12.2021-ci il tarixlı qərarı ilə, yeni yaradılmış mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi və onların gələcək fəaliyyətlərinin zəruri monitorinqinin həyata keçirilməsi üçün Xüsusi Komisiya yaradılıb.

E-huquq.az xəbər verir ki, 9 nəfər üzvdən ibarət olan komissiya yaradıldığı ilk gündən fəaliyyətə başlayıb. 24.12.2021-ci il tarixdə Xüsusi Komissiyanın sədri Bəylər Məmişov, üzvləri - Mayıl Əhməd, Şakir Səfərbəyov, Elçin Həsənov Bakı şəhəri, Heydər Əliyev prospekti 96 A ünvanında yerləşən 1 saylı Mediasiya Təşkilatında olublar. Komissiya üzvləri təşkilatın interyer şəraiti ilə tanış olub, o cümlədən mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitorinqini həyata keçiriblər.

1 saylı Mediasiya Təşkilatının təsisçisi Samir Babayev təşkilatda fəaliyyət göstərəcək mediatorlara müraciət edən vətəndaşlar və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış işgüzar şəraitlə bağlı Komissiya üzvlərinə geniş məlumat verib. Komissiya tərəfindən də ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2019-cu il tarixli, 308 saylı qərarı ilə müəyyən edilmiş ödənişlərlə əlaqədar şəffaflığın təmin edilməsi və bununla da vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Mediasiya Təşkilatınin ofis binasında təhlükəsizlik məsələrinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin təmin edilməsi istiqamətində təşkilatın təsisçisi Samir Babayevə müvafiq tövsiyyələr verilib.

Sonda Komissiya tərəfindən təşkilatın ofisinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılıb və təşkilatın Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün rəy tərtib olunub.

Xüsusi Komissiyanın sədri Bəylər Məmişov Mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluğunun müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiya tərəfindən həyata keçirilən monitorinqlərin bundan sonra da davam etdiriləcəyini deyib.

Oxşar xəbərlər