Bakı 5 saylı Mediasiya Təşkilatının mediatorlarının növbəti görüşü keçirildi - FOTO


  • 12 May 2022 18:27

Bakı 5 saylı Mediasiya Təşkilatının mediatorlarının növbəti korporativ görüşü təşkil edilib.

E-huquq.az xəbər verir ki, görüşdə Mediasiya Şurasının İdarə Heyətinin, İxtisas Komissiyası və İntizam Komissiyasının 4 may 2022-ci il tarixli tövsiyələri müzakirə edilib. İşlərin həmin tövsiyələrə uyğun olaraq qurulmasının vacibliyi qeyd olunub.

Həmçinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun 11 fevral 2022-ci il tarixli vəkil və mediatorlara ünvanlanmış birgə müraciətin tələblərinə uyğun mediasiya fəaliyyəti həyata keçirilərkən riayət edilməli olan qaydalarla bağlı tövsiyələrə əməl olunmasının vacibliyi vurğulanıb.

Görüş zamanı gələcəkdə mediasiya prosesi həyata keçirilərkən mübahisələrin daha çox tam mediasiyaya keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.

Oxşar xəbərlər