Nadir Adilov: "7 mediator nizamnaməyə uyğun olaraq cəzalandırılıb"


  • 19 May 16:48

“Bu günə qədər Mediasiya Şurasına 15 018 iş daxil olub”.

E-huquq.az xəbər verir ki, bu sözləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O bildirib ki, proseslərdən ailə münaqişələri ilə bağlı 12 872 iş daxil olub ki, onlardan 395-i barışıqla yekunlaşıb: “Kommersiya problemləri ilə bağlı 1 550 iş daxil olub ki, 98 barışıq nəticələnib. Əmək mübahisələri 596 iş olub ki, onlardan 75-i barışıq sazişi ilə yekunlaşıb. Təxminən 10 aydır fəaliyyət göstərən mediasiya üçün bu nəticələr yaxşı olsa da, yenə də biz az olaraq qiymətləndiririk”.

Sədr onu da əlavə edib ki, Mediasiya Şurasının Bakıda 206 mediatoru fəaliyyət göstərir:

“Regionda 75, Naxçıvanda isə qeydiyyata alınmış 5 mediator vətəndaşlara xidmət edir. Xüsusilə vurğulamaq istədiyim məqam isə ondan ibarətdir ki, mediatorlardan 50-yə yaxını xanımlardır.

Media tərəfindən bizə bu sahədə daxil olan müraciətlər arasında qayda pozuntusuna yol verən 7 mediator nizamnaməyə uyğun olaraq cəzalandırılıb”.

Oxşar xəbərlər