Sədr: "Kobud pozuntulara yol vermiş birinci instansiya məhkəmələrinin hakimləri barəsində xüsusi qərarlar qəbul edilib"


  • 18 Avqust 2022 11:55

Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci ilin birinci yarımilliyində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar fəaliyyətinə və görülmüş işlərin təhlilinə dair məhkəmənin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda məhkəmənin sədri Mübariz Əkbərov 2022-ci ilin birinci yarımilliyində Bakı Apellyаsiyа Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərə dair ümumi məlumatı diqqətə çatdırmış, ötən müddət ərzində məhkəmənin icraatına daxil olmuş işlərin sayı, dinamikası və onlara baxılması nəticələri barədə statistik göstəricilərin qısa təhlilini aparıb.

Sədr qanunvericiliyin tələblərinə dürüst və dönmədən əməl edilməsini təmin etmək məqsədilə işlərə baxılarkən bu tələblərin kobud pozuntularına yol vermiş birinci instansiya məhkəmələrinin hakimlərinin barələrində xüsusi qərarlar qəbul edilərək baxılması üçün Məhkəmə Hüquq Şurasına, irad məktublarının isə müzakirə olunması üçün aidiyyəti üzrə göndərildiyini xüsusilə qeyd edib.

O, həmçinin cinayət işləri üzrə əməliyyat və istintaq orqanlarının ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən yol verilmiş kobud prosessual pozuntulara dair xüsusi qərarlar qəbul edilərək tədbir görülməsindən ötrü aidiyyəti üzrə göndərildiyini diqqətə çatdırıb.

Xəyalə Bünyatova

Oxşar xəbərlər