Narkokuryerlik etməkdə ittiham olunan şəxslərin ibtidai istintaqı başa çatdı


  • 27 May 2023 17:43

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elvin Qaraşov və Rahib Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaliq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 1-nə təyin olunub.

Qeyd edək ki, saxlanılan şəxslərin üzərində olan sellofan torbaya baxış keçirilərkən 2 kiloqram 165 qram qurudulmuş marixuana, 1 kiloqrama yaxın tiryək, 325 qram heroin, 97 qram metamfetamin, 1000 ədəd psixotrop tərkibli həblər, eləcə də “Baredda” markalı tapança, həmin silaha məxsus sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma zamanı onların narkotik vasitələri və odlu silahı “Instagram” sosial şəbəkəsində tanış olduqları xarici ölkə vətəndaşından onlayn yolla aldıqları məlum olub. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər