Sumqayıtda piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır


  • 30 May 2023 16:01

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Rəsulovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Hakim Fikrət Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə yanvarın 31-də baş verib. 1982-ci il təvəllüdlü Rəsulov Anar Hacıoğlan oğlu idarə etdiyi “Ford” markalı avtomobil ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi səkiyə çıxaraq yolun kənarı ilə hərəkətdə olan piyada 1965-ci il təvəllüdlü Eyvazova Aqibət Ağasəlim qızını vurub. Nəticədə qadın hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər