Bakıda avtomobillərdən oğurluq etməkdə ittiham olunan şəxsin məhkəməsi başlayır


  • 31 May 2023 14:20

Bakıda avtomobillərdən oğurluq etməkdə təqsirləndirilən Fikrət Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Xalidə Əlisoyun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini Fikrət Cəfərov paytaxtın Xətai rayonu ərazisində “Volvo” markalı bir avtomobildən 3700 manat dəyərində gödəkcə, noutbuk və açar, Nərimanov rayonu ərazisində isə “Mercedes” markalı digər avtomobildən noutbuk oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər