- 19 Mart 12:33
Zaqatalada babasını öldürməkdə təqsirləndirilən Ruslan İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Tural Əfəndizadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 24-də keçiriləcək.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Ruslan İbrahimov aralarında yaranmış mübahisə zamanı 1946-cı il təvəllüdlü Yaşar İbrahimovu bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə