Adam öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 10 İyul 14:15

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Rəhman Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Vüqar Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 22-də keçiriləcək.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirib. Anar Quliyev növbəti gün müalicə aldığı xəstəxanada ölüb. Rəhman Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər