Şirvanda evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 11 Sentyabr 17:51

Şirvanda evlərdən və obyektlərdən oğurluq etməkdə təqsirləndirilən Vüsal Həşimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.

Hakim Aydan Məmmədlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının sentyabrın 18-nə təyin olunub.

Qeyd edək ki, əvvəllər narkotiklərə görə məhkum olunmuş Vüsal Həşimov ümumilikdə 6 ev və obyektdən oğurluqlar etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər