- 16:51
Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən brifinq zamanı deyib.
"Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid edir", - o bildirib.
H. Fidanın sözlərinə görə, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasının iqtisadi faydaları var:
"Orta Dəhlizinin həyata keçirilməsində bölgəmizin rolu son dərəcə önəmlidir. Çünki Cənubi Qafqazdakı stabillik bu dəhlizin təhlükəsizliyi baxımdan önəmlidir. Zəngəzur dəhlizi Türkiyə üçün çox vacib marşrutdur. Bu mövzuda Avropa İttifaqı ilə də iş görürük. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra bütün bölgə ölkələri inkişaf edəcək. Buna çox yaxınıq".
O qeyd edib ki, Türkiyə Cənubi Qafqazda sülhün təmin olunması üçün böyük səy göstərir.