Ceyhun Bayramov latviyalı həmkarı ilə görüşdü


  • 15:25

Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və latviyalı həmkarı Baiba Braje arasında görüş keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Baiba Braje sosial media hesabında paylaşım edib.

Nazir görüşün olduqca səmərəli keçdiyini vurğulayıb.

Tərəflər ikitərəfli ticarət dövriyyəsinin artırılması, Ermənistanla sülh prosesi, Ukraynaya dəstək və Azərbaycan-Avropa İttifaqı münasibətlərini müzakirə ediblər.

Görüşün yekununda Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Oxşar xəbərlər