- 19:12
Türkiyə ötən gün Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün şəraitin yaradılacağına ümid etdiyini bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XIN) bəyanatında bildirilib.
"Ermənistanda keçirilən parlament seçkilərinin sülh və əmin-amanlıq şəraitində uğurla başa çatmasından məmnunluq duyuruq. Seçkilərin nəticələrinin Ermənistan xalqı üçün xeyirli olmasını arzulayırıq. Seçkilərdən sonrakı dövrdə Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün mümkün şəraitin formalaşmasını ümid edirik. Bu məqsədlə Türkiyə, indiyədək olduğu kimi, bundan sonra da region ölkələrinin ortaq maraqları əsasında regional sabitliyə və rifaha töhfə verməyə davam edəcək” - mətndə qeyd olunur.