- 18:45
Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib.
E-huquq.az xəbər verir ki, bu barədə XİN Mətbuat xidməti məlumat yayıb.
"Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk" - məlumatda qeyd olunur.
Qeyd edək ki, iyunun 5-də Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərində dron hücumları olub. Nəticəsə 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub.