Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq


  • 9 Sentyabr 22:51

Bakının Xətai və Nizami rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işlərinə sentyabrın 10-u saat 09:00-dan etibarən başlanılacaq.

İşlərlə əlaqədar Xətai rayonunun Kazımağa Kərimov küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən 6-cı Keşlə küçəsində isə tam məhdudlaşdırılacaq.

Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

AAYDA sürücülərdən görülən işlərə anlayışla yanaşmağı və qeyd olunan ərazilərdə hərəkət edərkən diqqətli olmağı xahiş edib.

Oxşar xəbərlər