- 9 Oktyabr 23:32
Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından e-huquq/az verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.
Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.
Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.