Ali Məhkəmə tələbi rədd etdi: Korona xəstəsi edam olundu


  • 15 Yanvar 2021 22:16

Haqqında ölüm hökmü çıxarılmış koronavirus xəstəsi edam edilib.

E-huquq.az xəbər verir ki, hadisə ABŞ-ın Terre Haute şəhərində qeydə alınıb.

Məhkumun hüquqların müdafiə edən vəkillərin etirazına baxmayaraq hökm icra olunub.

Narkotik bandasının lideri kimi 7 nəfərin ölümündə günahkar bilinən 52 yaşlı Corey Conson 1992-ci ildə edama məhkum edilib.

Edam növbəsini gözləyən Conson COVID-19-a yoluxduqdan sonra vəkilləri cəzanın təxirə salınmasını istəyib. Ali Məhkəmə tələbi rədd edib.

Oxşar xəbərlər