Yeni Zelandiyada güclü yağışlar səbəbindən 4 nəfər həyatını itirib - FOTO


  • 30 Yanvar 2023 09:36

Yeni Zelandiyanın ən böyük şəhəri kimi tanınan Oklend şəhərində son günlər yağan güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət qurumları yağışların güclənəcəyi barədə xəbərdarlıq edib.

Bildirilib ki, Oklenddə yağıntının miqdarı yanvar ayı üçün normadan 40 faiz çox olub. Yağışlar şəhərin bir çox yerlərində sel və torpaq sürüşməsinə səbəb olub. Şəhərin Remuera rayonunda evin uçması nəticəsində bir nəfər ölüb, Vairau vadisi bölgəsində isə daşqın nəticəsində iki nəfər ölüb.

BBC-nin məlumatına görə, Oklenddə yay mövsümündə yağan orta yağıntının 75 faizi 15 saat ərzində yağıb.

Qeyd edək ki, yanvarın 27-də güclü yağışlar səbəbindən Oklenddə fövqəladə vəziyyət elan edilib.

Eltac Nurullazadə

Oxşar xəbərlər