- 10:41
Türkiyənin Samsun şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Samsun-Ordu yolunun Gelemen ərazisində təkəri partlayan mikroavtobus aşıb.
Nəticədə sürücü də daxil olmaqla 15 nəfər xəsarət alıb.
Yaralılar şəhər xəstəxanalarına çatdırılıb.
Faktla bağı araşdırma aparılır.
Şəbnəm Mehdizadə