Qocalar evində kütləvi zəhərlənmə olub


  • 22 Sentyabr 11:35

Türkiyənin Bolu şəhərində qocalar evində kütləvi zəhərlənmə olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gerede rayonundakı Esentepe Qocalar Evində yaşayan bir qrup şəxsdə ürəkbulanma, qusma və ishal müşahidə edilib.

Xəstəxanaya aparılan 33 nəfərə zəhərlənmə diaqnozu qoyulub.

Bildirilib ki, hazırda səhhətləri yaxşı olan ahıllar müşahidə altında saxlanılır.

Şəhər Səhiyyə İdarəsinin əməkdaşları qocalar evindəki yemək və içməli sudan nümunələr götürüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər