İraqda toyda yanğın olub, 100 nəfər ölüb


  • 27 Sentyabr 2023 10:56

İraqın Mosul şəhərində şadlıq sarayında baş verən yanğında 100 nəfər həyatını itirib.

E-huquq.az-ın İNA-ya istinadən xəbər verir ki, bu barədə Mosul Səhiyyə İdarəsinin müdir müavini Əhməd Həmdani məlumat verib.

Onun sözlərinə görə, Həmdaniyyə rayonundakı baş verən hadisə zamanı 500 nəfər yaralanıb. Yanğın baş verən zaman restoranda 800 nəfərin olduğu bildirilib. Bəylə gəlinin səhhətinin yaxşı olduğu qeyd edilib.

Ətraf əyalətlərdən yanğın bölgəsinə çoxlu sayda yanğınsöndürmə briqadası və təcili yardım maşınları göndərilib.

İlkin ehtimala görə, yanğına səbəb atəşfəşanlıq olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər