ABŞ-da təyyarə qəzası nəticəsində 2 nəfər ölüb


  • 14 İyun 15:13

ABŞ-ın Kaliforniya ştatında təyyarə qəzası nəticəsində 2 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, "Luscombe 8" tipli tək mühərrikli təyyarə Kaliforniyanın şimalındakı South Lake Tahoe bölgəsi yaxınlığındakı dağlıq ərazidə qəzaya uğrayıb.

Qəza nəticəsində 2 nəfər ölüb.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmalara başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər