Peruda meşə yanğınları nəticəsində 15 nəfər ölüb


  • 17 Sentyabr 13:48

Peruda iyul ayından bəri davam edən meşə yanğınlarında 15 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Perunun baş naziri Qustavo Adrianzen məlumat verib.

O, yanğınlar nəticəsində 3 min hektardan çox kənd təsərrüfatı sahəsi yandığını bildirib.

Həmçinin yanğınlar nəticəsində 98 nəfər xəsarət alıb, 334 iribuynuzlu heyvan tələf olub.

Nazir meşə yanğınlarının insanlar tərəfindən törədildiyini də vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər