Cinayət mühakimə icraatında mülki iddia necə verilir?


  • 13 May 2020 13:12

Cinayət mühakimə icraatında mülki cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.

Sözügedən iddia cinayət törədilməsi zamanı zərərçəkmiş tərəfə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qərarın məhkəmə hökmündə yer alması məqsədilə verilir. Mülki prosessual qanunvericilik normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadığı halda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmadıqda, mülki prosessual qanunvericiliyinin normalarının tətbiqinə yol verilir.

Cinayət prosessual məcəlləsinin 183.1 maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Hətta, törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.

Qeysər Cəfərov

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər