Hakim hansı hallarda öz-özünə etiraz edə bilər?


  • 20 Avqust 2021 10:25

Hakimin əvvəllər cinayət işi üzrə müdafiəçi olması, işin istintaqını aparması, istintaqa prosessual rəhbərliyi həyata keçirməsi, dövlət ittihamını müdafiə etməsi, işdə şahid kimi dindirilməsi, habelə mülki iş üzrə işdə iştirak edən şəxslərin nümayəndəsi olması halları ona etiraz olunması və ya hakimin öz-özünə etiraz etməsi üçün əsasdır.

E-huquq.az xəbər verir ki, əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur.

Hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır.

Etirazı təmin etmə və ya öz-özünə etiraz etmə məsələləri barədə qərardadlardan (qərarlardan) şikayət verilmir.

Oxşar xəbərlər