Saziş üzrə ödənilən alimentin miqdarı necə müəyyən olunur ?


  • 14 Oktyabr 2021 12:55

Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı bu sazişin tərəflərinin razılığı ilə müəyyən olunur.

E-huquq.az-ın məlumatına görə, aliment ödənilməsi barədə sazişdə yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır.

Alimentin ödənilməsi barədə saziş üzrə alimentin miqdarının indeksasiyası həmin sazişə uyğun aparılır. Sazişdə alimentin miqdarının indeksasiyası qaydası nəzərdə tutulmayıbsa, indeksasiya Ailə Məcəlləsinin müvafiq maddəsinə ( maddə 110) əsasən aparılır.

Qeyd edək ki, indeksasiya sabit məbləğdə ödənilən alimentin yenidən hesablanmasıdır.

Oxşar xəbərlər