Sosial şəbəkələrdəki yazışmalar məhkəmədə sübut sayılırmı? - ŞƏRH

Sosial şəbəkələrdəki yazışmalar məhkəmədə sübut sayılırmı?


  • 12 Sentyabr 2019 17:31

"Sosial şəbəkələrdə istifadəçilər arasında yazışmalar məhkəmə tərəfindən dəlil kimi qəbul oluna bilər".

Bunu e-huquq.az-a açıqlamasında vəkil Hafiz Ələsgərov “WhatsApp”da, messencerlərdə, ümumiyyətlə sosial şəbəkələrdə istifadəçilər arasında yazışmaların məhkəmədə sübut sayılıb-sayılmayacağına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yazışmaların sübut kimi təqdim olunması heç bir sıxıntı doğurmur: “Çünki bu cür yazışmalar qanunun pozulması ilə əldə olunmuş sübutlar deyil”.

Vəkil qeyd edib ki, bu cür yazışmalara məhkəmədə, həmçinin sübut kimi istinad da oluna bilər: “Bu məqsədlə məhkəmə ekspertiza təyin edir. Ekspertiza sosial şəbəkələrdə istinad edilən yazışmanı aparan profilin nə vaxt və kim tərəfindən yaradıldığını müəyyən edir”.

H.Ələsgərov diqqətə çatdırıb ki, qanunsuz, icazəsiz dinləmələr isə sübut sayılmır: “Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, qanunun pozulması ilə əldə olunan sübutların sübut əhəmiyyəti yoxdur və heç bir hüquqi nəticələr doğura bilməz. Sadəcə olaraq, məhkəmə təcrübəsində ittiham tərəfi onu sübut kimi qəbul edir. Məhkəmələr də onu dəlil kimi qəbul edir”.

Məftun Salmanov

Oxşar xəbərlər