Azərbaycanda məhkumların seçki hüququ necə təmin olunur? - Açıqlama

Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur


  • 27 Yanvar 2020 13:36

Azərbaycanda cəzaçəkmə müəssisələrində də seçki prosesinin qanunvericiliyə uyğun həyata keçirilməsi təcrübəsi formalaşıb.

E-huquq.az xəbər verir ki, bu fikirləri Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquqşünas Səadət Bənənyarlı deyib.

Məhkumların seçki hüququndan istifadə etmələrinin qanunvericiliyə uyğun təşkil olunduğunu deyən İctimai Komitənin üzvü bildirib : “Cəzaçəkmə müəssisələrində seçki gününə 5 gün qalmış seçki məntəqələri yaradılır. Biz İctimai Komitənin üzvləri ilə seçki günü cəzaçəkmə müəssisələrində seçki prosesini izləyirik. Məhkumlar sərbəst şəkildə öz seçki hüquqlarından istifadə edirlər”.

Hüquqşünas ölkədə müşahidə olunan seçkiöncəsi mühitin normal olduğunu qeyd edib. “Seçkiyə hazırlıq prosesi normal şəkildə davam edir. İndiyədək ciddi pozuntularla bağlı müraciətlər qeydə alınmayıb. Mövcud Seçki Məcəlləsi də seçkiləri beynəlxalq prinsiplərə uyğun keçirməyə imkan verir”, - deyə Səadət Bənənyarlı vurğulayıb.

Oxşar xəbərlər