İş şəraiti ağır olan sahələrdə işçilərin əmək haqqına artımlar müəyyən olunmalıdır?

Azərbaycanda bəzi vətəndaşların iş şəraiti çox ağırdır. Bura tikinti sahəsi, kənd təsərrüfatı, ictimai işlər və digər fəaliyyət sahəsində çalışanlar daxildir.


  • 4 Fevral 2020 14:30

Azərbaycanda bəzi vətəndaşların iş şəraiti çox ağırdır. Belə olan halda həmin şəxslərin əmək haqqlarında artım olmalıdırmı? Bu məsələ qanunvericilikdə təsbit olunubmu?

E-huquq.az-ın məlumatına görə, Əmək Məcəlləsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilib:

əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində

- 1,04

orta səviyyəsində

- 1,08

yuxarı səviyyəsində

- 1,12

əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində

- 1,16

orta səviyyəsində

- 1,20

yuxarı səviyyəsində

- 1,24

Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1,2 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilib.

Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin:

sahillə quru yol əlaqəsi olduqda

- 1,4

quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:

0,5 km-ə qədər

- 1,5

0,5 km-dən 70 km-ə qədər

1,65

70- km-dən artıq

1,75

Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilib.

Oxşar xəbərlər