Hansı hallarda ödənilmiş aliment məbləği geri tələb oluna bilər?

Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, alimentin geri qaytarılmasının yolverilməzdir. Lakin bəzi istisna hallar mövcuddur


  • 11 Fevral 2020 09:00

Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, alimentin geri qaytarılması yolverilməzdir. Lakin bəzi istisna hallar mövcuddur.

E-huquq.az-ın məlumatına görə, aşağıdakı hallarda alimentin ödənilmiş məbləği geri tələb oluna bilər:

1) Aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə;

2) Məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda;

3) Aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.

Oxşar xəbərlər