Hansı hallarda vətəndaşın əmlakı məcburi şəkildə əlindən alına bilər? - HÜQUQİ ŞƏRH

Qanunvericilikdə əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Lakin bəzi istisna hallar mövcuddur


  • 11 Fevral 2020 15:37

Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qanunvericilikdə əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Lakin bəzi istisna hallar mövcuddur.

E-huquq.az-ın məlumatına görə, aşağıdakı istisna hallarda vətəndaşın daşınar və ya daşınmaz əmlakı məcburi şəkildə əlindən alına bilər:

- Öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;

- Qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;

- Sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;

- Təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;

- Rekvizisiya;

- Müsadirə.

Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir.

Oxşar xəbərlər