- 4 May 08:25
Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar təsbit olunub. Belə ki, istisna hallarda işəgötürən tərəfindən işçinin işdən çıxarılması qadağandır.
E-huquq.az-ın məlumatına görə, işdən çıxarılmasına qanunla yol verilməyən şəxslər bu kateqoriyaya aiddir:
- Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;
- Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilər;
- Əmək qabiliyyətini müvəqqəti itirən işçilər;
- Şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olan işçilər;
- Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
- Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilər;
- Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.