Millət vəkili: "Hökumət mediasiya strukturlarına yardım edərək bu təsisatı gücləndirməlidir"


  • 24 Noyabr 2021 13:01

Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin plenar iclasında mediasiya ilə bağlı problemləri gündəmə gətirib.

E-huquq.az xəbər verir ki, deputat mediasiya institutunun yeni olduğunu və bu baxımdan dəstəyə daha çox ehtiyac olduğunu deyib.

"Azərbaycanda mediasiya hələ yeni formalaşır, bu mənada ilkin yardım və dəstəyin olması vacibdir. Bir müddət öncə Vəkillər Kollegiyası təsisata müəyyən yardım etdi. Hesab edirəm ki, hökumət yaxın bir, yaxud iki il ərzində mediasiya strukturlarına yardım edib təsisatı gücləndirməlidir. Habelə, mediatorların güzəştli pensiya təminatı da diqqət yetirilməli vacib problemlərdəndir", - deyə B.Məhərrəmov qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər