Mediatorlar üçün keçirilən ixtisasartırma kursları başa çatdı - FOTO


  • 1 Noyabr 2022 14:12

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mediatorlar üçün keçirilən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ixtisas artırma kursları başa çatıb.

Bu barədə e-huquq.az-a Mediasiya Şurasından məlumat verilib.

Bildirilib ki, 3 oktyabr 2022-ci il tarixində imtahandan uğurla keçən mediatorlara sertifikatlar təqdim edilib. Mərasimdə Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Mediasiya Şurası İdarə Heyətinin üzvləri Əli Nəbiyev və Sima Yaqubova iştirak ediblər.

Mərasimdə, həmçiinin təlimçilər Günel Sadıqova və Sadiq Bağırov da səmərəli təlimçi-mediator fəaliyyətlərinə görə diplomla mükafatlandırılıblar.

Qeyd edək ki, ümumilikdə 52 nəfər iştirakçının cəlb edildiyi təlimin əsas məqsədi mediatorların ailə və əmək münasibətlərindən irəli gələn mübahisələri üzrə ixtisaslaşmasıdır.

Oxşar xəbərlər