Məhkəməsiz boşanmada və əmlak bölgüsündə mediasiya


  • 3 Dekabr 2022 11:00

Mübahisələrin mediasiya kimi alternativ həlli proseduru, xüsusən də nikahın pozulması və əmlakın bölünməsi ilə bağlı münasibətlər sferasında, ər-arvad arasında barışıq sazişinin əldə edilməsi baxımından ən təsirli üsullardan biridir.

Fikrimizcə, bu onunla əlaqədardır ki, mülki və ailə məcəllələrində ər-arvadın hüquqi rejiminin təsbiti ilə nikahda əldə edilmiş bütün əmlak bərabər bölünür. Beləliklə, ər-arvadın əmlakının bölünməsi ilə bağlı mediasiya proseduru, tamamilə sıfırdan deyil, nəyə arxalana biləcəyini təxmini başa düşməkdən başlayır. Bu baxımdan mübahisə əslində hansı əmlakın kimə keçəcəyi, eləcə də kompensasiyanın kimə və hansı məbləğdə ödəniləcəyi sualı ətrafında olur. Mediatorun vəzifəsi yalnız münaqişə tərəflərinin həqiqi istək və motivlərini müəyyən etmək, həmçinin onların istəkləri arasında qızıl orta tapmaqdır.

Azərbaycanda mediasiya prosedurunun çox az yaşl olmasına baxmayaraq, əmlakın bölünməsi üçün onun tətbiqi ən uyğun və səmərəli seçimdir- biz bunun şahidi oluruq. Mediator təkbaşına qərar qəbul etməyən, yalnız hər iki tərəflə ünsiyyət quraraq istəklərini öyrənən ,tərəflərin danışıqlar aparmasına kömək edən şəxsdir.Nəticə etibarilə mediatorun müəyyən peşəkarlığı ilə tərəflər arasında qarşılıqlı razılaşmalar əldə edilir və saziş bağlanır.

Mediasiya sazişinin nəticələrini məhkəməsiz necə istifadə etmək olar?

Saziş adi müqavilə qüvvəsinə malikdir və onun hər hansı orqanlarda qeydiyyatı təmin edilmir. Bu baxımdan tərəflər mediasiya sazişinin yerinə yetirilməsinə yönəlmiş əlavə tədbirlər görməlidirlər ki, hər iki tərəfin onu yerinə yetirəcəyinə tam əmin olsunlar. Burada mediasiya sazişinin hansı əmlaka münasibətdə bağlanması vacib olur: daşınar (pul, mebel, avtomobil və s.) və ya daşınmaz (mənzil, torpaq, ev, kommersiya qeyri-yaşayış sahəsi),

-Əgər saziş yalnız daşınar əmlakın verilməsini nəzərdə tutursa, o zaman tərəflər sadəcə olaraq əmlakı bir-birinə verirlər və bu qədərdir.

-Saziş bir avtomobillə bağlıdırsa, onda hər şey olduqca sadədir - tərəflər yol polisinə gedir və avtomobili yenidən qeydiyyata alır;

-Pul -qəbzlə köçürülür və ya hesaba köçürülür. Daşınar əmlakın təhvil verilməsi proseduru sazişdə kifayət qədər xüsusi olaraq müəyyən edilə bilər;

-Təsisçilərin tərkibində dəyişiklik edilməsi barədə məlumatı təsisçi müstəqil şəkildə vergi orqanına təqdim edir.

Daşınmaz əmlaka gəldikdə çətinliklər yaranır: mənzil, ev, torpaq, qeyri-yaşayış sahəsi. Qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakla bağlı bütün əməliyyatlar qeydiyyata alınmalıdır. Ancaq burada sadəcə gedib hüquqları yenidən qeydiyyatdan keçirə bilməzsiniz. Bu iki səbəbə görə mümkün deyil:

Nəticə etibarilə,əgər mediator sizi daşınmaz əmlak üzərində hüquqların ötürülməsinə təsir edən sazişə gətirib çıxarıbsa, siz istər-istəməz bu saziş ilə daşınmaz əmlakın bölünməsi üzrə əməliyyatı təsdiq edəcək notariusa müraciət etməli olacaqsınız. Bundan əlavə, notariat müqaviləsi artıq tərəflər tərəfindən hüquqların ötürülməsini qeydiyyata almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunur.

Eyni zamanda, bu halda mediatorun lazımsız olması fikriniz varsa, ədalət naminə bir daha qeyd edirik ki, notariusa gəlməzdən əvvəl tərəflər əmlakın bölünməsinin əsas şərtlərini razılaşdırmalıdırlar. Və bu, məhz mediatorun və mediasiya prosedurunun vəzifəsidir.

İlhamə Həsənova

Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, vəkil, təlimçi

Oxşar xəbərlər