Azərbaycanda məhkəmələrə nə qədər vəsait ayrılıb? - SİYAHI


  • 1 Yanvar 2021 17:25

Azərbaycanda bu il dövlət büdcəsində məhkəmə hakimiyyəti üçün 109 milyon 960 min 320 manat ayrılıb.

E-huquq.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

Bu vəsaitin 9 milyon 298 min 948 manatı Konstitusiya Məhkəməsinə, 14 milyon 287 min 871 manatı Ali Məhkəməyə, 9 milyon 117 min 236 manatı Bakı Apellyasiya Məhkəməsinə, 3 milyon 319 min 182 manatı Sumqayıt Apellyasiya Məhkəməsinə, 2 milyon 819 min 860 manatı Gəncə Apellyasiya Məhkəməsinə, 2 milyon 922 min 755 manatı Şirvan Apellyasiya Məhkəməsinə, 2 milyon 280 min 911 manatı Şəki Apellyasiya Məhkəməsinə ayrılıb.

Maliyyə təminatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən məhkəmələr üçün isə büdcədə 64 milyon 976 min 762 manat nəzərdə tutulub.

Oxşar xəbərlər