- 17 Aprel 21:18
"Hakimlərin maaşının artırılmasına ehtiyac var idi".
E-huquq.az xəbər verir ki, bunu vəkil Nərmin Əliyeva bildirib.
Vəkil hesab edir ki, dövlət hakimin sosial təminatını daim yüksək tutmalıdır.
"Əmək haqqı yüksək olmalıdır ki, korrupsiyaya yol açan hallar da əhəmiyyətli şəkildə azalsın. Digər tərəfdən, o qədər iş, gərginlik və stresin qabağında hakimlərin aldığı maaş çox azdır. Eyni zamanda hesab edirəm ki, məhkəmə işçiləri və hakimlərin maaşı əhəmiyyətli dərəcədə artmalıdır. Daha hakimlərə verilən müavinətlərin ləğvi hesabına yox", - deyə vəkil qeyd edib.
Xatırladaq ki, Azərbaycanda hakimlərin maaşının artırılması ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. Layihəyə əsasən, hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı ilə yanaşı verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı ləğv edilir.
Xəyalə Bünyatova