Mübariz Əkbərov vətəndaşların Bakı Apellyasiya Məhkəməsi ilə bağlı şikayətini araşdırdı


  • 25 İyun 2022 12:13

Daxil olmuş konkret müraciətlər üzrə Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərov vətəndaşları qəbul edib.

E-huquq.az xəbər verir ki, qəbul zamanı hər bir vətəndaş məhkəmənin sədri tərəfindən diqqətlə dinlənilərək onların Bakı Apellyasiya Məhkəməsinin icraatında olan konkret işlər üzrə, habelə ümumi xarakterli digər müraciətlərinə baxılıb.

Sədr tərəfindən vətəndaşların onları narahat edən prosessual müstəvidən kənar müraciətləri araşdırılması üçün nəzarətə götürülməklə məhkəmənin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

O, eyni zamanda fəaliyyətlərində müstəqil olan hakimlər tərəfindən qanunvericiliyin tələblərinə uyğun tam, hərtərəfli və obyektiv araşdırmanın, ədalətli məhkəmə aktının qəbul edilməsinin təmin olunmasının ölkədə aparılan məhkəmə-hüquq islahatlarının ümdə hədəfi olduğunu, bu istiqamətdə institusional və praktiki xarakterli tədbirlərin davam etdirildiyini, ən əsası isə məhkəmələrdə qeyri-prosessual münasibətlərin qarşısının alınması üçün nəzarətin gücləndirildiyini diqqətə çatdırmış, digər məsələlər üzrə müvafiq izahlar verib.

Oxşar xəbərlər