Məhkəmə qazinin DSMF-yə qarşı iddiasını təmin etdi


  • 22 Sentyabr 2022 11:13

Yasamal rayon Məhkəməsində Vətən müharibəsi iştirakçısı Aqil Süleymanovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) qarşı iddiasına baxılıb.

E-huquq.az xəbər verir ki, bu barədə qazinin vəkili Əziz Qənbərli məlumat verib.

Onun sözlərinə görə, hakim Toğrul Axundovun sədrliyi ilə keçirilən prosesdə A.Süleymanovun işə bərpa olunması ilə bağlı iddiası təmin olunub.

Qeyd edək ki, A.Süleymanov DSMF-da şöbə müdiri vəzifəsində çalışıb.

Oxşar xəbərlər